İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI
![]() |
"Biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik" Heydər Əliyev |
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının rəhbərliyi ilə qurumun məsul nümayəndələrinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının monitorinq və qiymətləndirilməsi çərçivəsində azad edilmiş ərazilərə monitorinq səfəri təşkil edilib.
Səfər çərçivəsində Ağdam, Xocalı, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcər və Ağdərə rayonlarında, həmçinin Xankəndi şəhərində Dövlət Proqramı çərçivəsində icra olunan infrastruktur, sosial və iqtisadi layihələr yerində izlənilib. Səfər zamanı monitorinq prosesində İİTKM ilə yanaşı, aidiyyəti rayonlar üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, müvafiq ərazilər üzrə bərpa, tikinti və idarəetmə xidmətlərinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Neft Şirkəti (SOCAR), “Azərişıq” ASC, Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri iştirak ediblər.
|
Ümumi məlumat
Qaydalar
|
Media
Xəbərlər
Fotolar
Videolar |