İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ÜZRƏ PORTALI

ƏƏSMN-də 2027–2030-cu illərə dair yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupun növbəti iclası keçirilib.

İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri olan “Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” Milli Prioriteti aparılan ardıcıl sosial islahatların əsas məramını təşkil edir. 

O, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində əldə edilən irəliləyişləri,  əməkhaqqı, pensiya və digər sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdırıb. Bildirilib ki,  bu  istiqamətdə islahatların davam etdirilməsi 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası üçün də əsas hədəflərdən olacaq.

İclasda yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Museyibov və  İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov layihə ilə bağlı müzakirələrdə iştirak ediblər.

Xəbərlərə abunə ol

Yeniliklərdən anında xəbərdar olun

Haqqımızda

 

Ümumi məlumat

 

Qaydalar

 

Media

 

Xəbərlər

 

Fotolar

 

Videolar

 

(012) 521 25 35 
info@ereforms.gov.az
© 2023 Bütün hüquqlar qorunur. Monitoring.gov.az
© Site by ITMIM